Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb

14-06-2018, 11:14
Oxunub: 371
Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb


Koreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır", - məlumatda deyilir.

Qeyd edək ki, Şimal və Cənub tərəfinin hərbi nümayəndələrinin görüşü Seuldan 60 km məsafədəki Phanmuncom sərhəd məntəqəsinin şimal tərəfində "Thonyilqak" pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində Koreyalararası əlaqələrə nəzarət edən general-mayor Kim Do Qyun rəhbərlik edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti