Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib

14-06-2018, 10:55
Oxunub: 269
AMB-nin sədri Elman Rüstəmov bildirib


"Azərbaycan Mərkəzi Bankı (AMB) hələlik inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir. Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək". 

Report-un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib. 

"Bu il ərzində inflyasiyanın azalması davam edir. Beş ayda orta illik inflyasiya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında aparılan monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir", - o qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti