Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

14-06-2018, 10:38
Oxunub: 225
Ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub


15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq. 

Report quruma istinadən xəbər verir ki, bununla bağlı sədr Zaur Hüseynov əmr imzalayıb. 

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti