Bakının Neftçilər prospektində hərəkət məhdudlaşdırılır

14-06-2018, 10:34
Oxunub: 208
Zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakının Azadlıq meydanında - Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Report-a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti