Türkmənistanın milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib

14-06-2018, 10:25
Oxunub: 198
Şadurdu Durdıyev Sərhəd Qoşunlarının komandı təyin olunub


Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb. 

Report “CA-NEWS”a istinadən xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirlib ki, D.Bayramov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad edilib. Mayın 30-da Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ona kadr seçimində və onların təyin olunmasında buraxdığı səhvlərə görə sonuncu ciddi xəbərdarlıq edib. 

Ölkənin müdafiə naziri Yaylım Berdıyev milli təhlükəsizlik naziri təyin olunub. Müdafiə naziri vəzifəsinə isə əvvəllər Türkmənsitan Sərhəd Qoşunlarının komandanı işləmiş Begenç Gündoğdıyev gətirilib. Əvvəllər müdafiə nazirinin müavini olmuş Şadurdu Durdıyev Sərhəd Qoşunlarının komandı təyin olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti