Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailin müdafiə naziri ilə görüşüb

14-06-2018, 10:22
Oxunub: 244
Bu prosesə töhfə verə biləcəyi qeyd edilib


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin İsrailə səfəri davam edir. 

Mərkəzdən Report-a verilən məlumata görə, səfər çərçivəsində İsrailin müdafiə naziri Aviqdor Liberman, sosial bərabərlik naziri Gila Gamliel, Knesetin sabiq Prezidenti, İsrailin sabiq Presidenti Dalia Itzik, sabiq Baş nazir Ehud Barak, sabiq xarici işlər naziri Tzipi Livniylə görüşlər keçirilib.

Nümayəndə heyəti İsrail siyasətçilərinə mərkəzin fəaliyyəti, qarşısına qoyduğu hədəflər, gələcək planları barədə məlumat verib. VI Qlobal Bakı Forumunun yekunları ilə bağlı müzakirələr aparılıb. 2019-cu ildə keçirilməsi planlaşdırılan VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər haqqında danışılıb.

Müzakirələr zamanı Yaxın Şərqdə sülh və təhhlükəsizliyin təmin olunması məsələsinə də toxunulub. Mərkəzin böyük siyasi təcrübəyə malik üzvlərinin irəli sürdüyü ideya və təkliflərin bu prosesə töhfə verə biləcəyi qeyd edilib.

Bundan başqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsraillə əlaqələrin genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Azərbaycanla tərəfdaşlıq münasibətlərinin bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkan yaratdığı bildirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti