"Ağ ev Avstriyanı Tramp-Putin görüşü üçün mümkün yerlərdən biri hesab edir"

14-06-2018, 10:14
Oxunub: 198
"Hər iki tərəf bunu etmək üçün çalışmaq imkanını öyrənir"


Rəsmi Vaşinqton və Moskva ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putinin görüşünün təşkilini nəzərdən keçirir və Avstriya görüş üçün mümkün yerlərdən biridir.

Report xəbər verir ki, bu barədə TASS-a Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa və Rusiya üzrə baş direktoru Riçard Huker bildirib.

"Hər iki tərəf görüşün mümkünlüyünü nəzərdən keçirir. Düşünmürəm ki, hansısa qərarlar qəbul olunub və ya detallar işlənib, sadəcə, hər iki tərəf bunu etmək üçün çalışmaq imkanını öyrənir", - o deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti