"Meşə qıranlara qarşı qəti və barışmaz mübarizə davam etdiriləcək"

14-06-2018, 09:59
Oxunub: 279
Qəti və barışmaz tədbirlərin görüləcəyi bildirilib


Meşələrdə ağacların möhtəkirlər tərəfindən kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş Quba rayon İcra Hakimiyyətində keçirilib.

Nazirliyin mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi bildirilib.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.

Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti