"Neftin baha olması çox pisdir"

13-06-2018, 20:56
Oxunub: 213
"OPEC yenidən köhnə işini görməyə başlayıb"


 ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. 

Report-un məlumatına görə, dövlət başçısı bu barədə "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb", - deyə o qeyd edib. 

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısa müddətə ucuzlaşıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti