İstanbulda zavodda yanğın baş verib

13-06-2018, 19:05
Oxunub: 232
Hadisə yerinə 50 yanğınsöndürən, 125 personal və helikopterlər cəlb edilib


Türkiyənin İstanbul şəhərində hovuz məmulatları istehsalı zavodunda yanğın baş verib.

Report “Haber7”yə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.

Hadisə yerinə 50 yanğınsöndürən, 125 personal və helikopterlər cəlb edilib.

Zavodun içərisindən zaman-zaman partlayış səslərinin gəldiyi bildirlir. 

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. 

Yanğının ətrafdakı meşə zolağına keçməsinin qarşısı alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti