"Azərbaycan Dəmir Yolları" nizamnamə kapitalını artıracaq

13-06-2018, 19:01
Oxunub: 1992
“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq


“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılır.

APA-Economics xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı QSC-nin nizamnamə kapitalının artırılması üçün 100 mln. manat vəsait yönəldiləcək.

Bununla da “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti