Kaliforniyanın bölünməsi ilə bağlı referendum keçiriləcək

13-06-2018, 18:54
Oxunub: 211
Yeni yaranacaq ştatlara adları sakinlər verəcək


 Bu ilin noyabrın 6-da ABŞ-ın Kaliforniya ştatının 3 ayrı ştata bölünməsi ilə bağlı referendum keçiriləcək.

Report “Fox News” televiziyasına istinadən xəbər verir ki, bunu ştatın katibi Aleks Padilla bildirib.

Qeyd edək ki, bu layihənin müəllifi biznesmen Tim Dreyperdir. O, Kaliforniyanın mərkəzi, cənubi və şimali ştatlara bölünməsini təklif edib. Yeni yaranacaq ştatlara adları sakinlər verəcək. Layihəni ABŞ Konqresi də qəbul etməlidir.

T.Dreyper 2014 və 2016-cı illərdə də bu təşəbbüslə çıxış etmişdi. Ancaq onda yetərincə dəstək qazanmamışdı.

Xatırladaq ki, ABŞ 50 ştatdan, bir federal ərazidən, 5 böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət federativ respublikadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti