Sinqapur hökuməti KXDR-ABŞ sammitinə çəkilən xərci açıqlayıb

13-06-2018, 18:02
Oxunub: 170
Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir


ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında baş tutan ikigünlük görüşün təşkilinə Sinqapur 15 milyon ABŞ dolları sərf edib.

Report CNBC-yə istinadən xəbər verir ki, bu barədə Sinqapur baş naziri Li Syanlun bildirib.

Bu məbləğə dövlət başçılarının Sentosa adasındakı dəbdəbəli "Capella" hotelində qalması, eləcə də təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mətbuat mərkəzinin yaradılması xərcləri daxildir.

Qeyd edək ki, Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti