Aİ Ukraynaya yeni makroiqtisadi yardım ayıracaq

13-06-2018, 17:59
Oxunub: 219
Yardım proqramının müddəti isə 2 il yarım təşkil edəcək


Avropa Parlamentinin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayrılmasını təsdiqləyiblər.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, yardımın məbləği 1 mlrd. avro təşkil edəcək.

Bu vəsaitin iki tranşla ayrılması planlaşdırılır. Yardım proqramının müddəti isə 2 il yarım təşkil edəcək. 

Bu, Avropa İttifaqının (Aİ) Ukraynaya son 4 il ərzində 3-cü makroiqtisadi yardımı olacaq. Ümumilikdə, bu ölkə Aİ-dən 2,8 mlrd. avro yardım alıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti