"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

13-06-2018, 15:45
Oxunub: 180
"Bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq"


"Azərişıq” ASC Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görüb.

“Azərişıq”dan APA-Economics-ə verilən məlumata görə, ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. 

"Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla  Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib,  sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik  şəbəkələrinin  mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər  müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti