"Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək"
13-06-2018, 15:42
Oxunub: 219
“Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”
“Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.APA-Economics-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.
S. Muxtarov qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.