Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 39% artıb

13-06-2018, 12:12
Oxunub: 181
Ümumi sərmayənin 53,7%-ini əhatə edib


2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5240,8 mln. manat vəsait yönəldilib. 

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu vəsaitin 2 887,1 mln. manatı və ya 55,1%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% artıb.

Ümumi sərmayənin 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 73,1%-i məhsul istehsalı obyektlərinin, 20,8 %-i xidmət sahələri üzrə obyektlərin, 6,1 %-i isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7%-ini əhatə edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9%, bank kreditləri 15,7%, büdcə vəsaitləri 23,6%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,8%, sair vəsaitlər isə 0,6% təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti