"Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib-çıxaracaq"

13-06-2018, 11:06
Oxunub: 183
"Layihənin əhatə etdiyi ölkələr buna töhfələrini verib"


"Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə böyük uğurlara gətirib-çıxaracaq". 

Bunu Report-a açıqlamasında Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron deyib. 

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində ən qabaqcıl təcrübədən istifadə olunub, onun idarə edilməsi yüksək səviyyədə olub: "Dövlətlərarası müvafiq sazişlər imzalanıb, layihənin əhatə etdiyi ölkələr buna töhfələrini verib". 

E.R.Patron həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rolunu da qeyd edib. Onun sözlərinə görə, şirkət böyük iş tərcübəsinə malikdir və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə yönələn layihələri gerçəkləşdirmək qabiliyyətindədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti