Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər

13-06-2018, 10:55
Oxunub: 159
Ermənistan KİV-inə istinadən xəbər verir


Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şeffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik arasında görüş keçirilib.

Bu barədə Report Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Z.Mnatsakanyan səfərin Ermənistanın yeni hökumətin formalaşmasından sonra ilk birbaşa əlaqə yaratmağa imkan verdiyini qeyd edib. 

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıb və danışıqlar prosesində irəliləyişə nail olunması imkanlarına toxunublar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti