Azərbaycan və Gürcüstan arasında sərhəd komissarlarının fəaliyyəti haqqında saziş imzalanıb

13-06-2018, 10:25
Oxunub: 206
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib


Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sər­həd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nü­mayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.

DSX-nın Mətbuat Mərkəzindən Report-a verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftal­mo­loq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər xiyabanını ziyarət edərək Azərbayca­nın müstə­qilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsin­də qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimita­siya­sı üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəy­yən edilməsi kimi məsələlər müzakirə edilib.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiy­mət­ləndirilib, Azər­baycan və Gürcüstanın sərhəd mühafizə qurum­ları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəa­liyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə ver­diyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliy­yat şəraiti və mövcud təhdidlər, o cümlədən Er­mə­nistanın təcavüzü nəticəsində ölkə ərazi­sinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş əra­zilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğu­lanmış, sərhəd mühafizə sisteminin gücləndiril­məsi, müasir təlim-təd­ris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat veril­ib.

Gürcüstan nümayədə heyəti səfər zamanı Dövlət Sərhəd Xid­məti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademi­yası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış ediliblər.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdiril­məsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azər­bay­can Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sər­həd nümayəndələrinin sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanıb.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti