"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir

13-06-2018, 09:50
Oxunub: 201
15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək


Qarşıdan gələn Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. 

Report xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. 

Bununla əlaqədar olaraq, Ramazan bayramı günlərində (14-19 iyun) ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə qurum bəyan edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti