Malayziya yenidən Şimali Koreyada səfirlik açacaq

12-06-2018, 21:10
Oxunub: 217
Diplomatik qalmaqal fonunda KXDR-də Malayziya səfirliyinin fəaliyyəti, demək olar ki, dayandırılmışdı


 Malayziya Şimali Koreyada ölkə səfirliyinin fəaliyyətini bərpa etmək niyyətindədir.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Mahathir Mohamad "Nikkei Asian Review" nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2017-ci ilin fevral ayında Kuala Lumpur hava limanında KXDR vətəndaşının qətlə yetirilməsindən sonra pisləşib. Həmin zaman Cənubi Koreya tərəfi xüsusi xidmət orqanlarına istinadən qətlə yetirilən şəxsin Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Nam olduğunu bildirmiş və qətlə görə KXDR tərəfini ittiham etmişdi.

Diplomatik qalmaqal fonunda KXDR-də Malayziya səfirliyinin fəaliyyəti, demək olar ki, dayandırılmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti