“Azərenerji”nin nizamnamə kapitalı artırılacaq

12-06-2018, 20:55
Oxunub: 131
“Azərenerji”yə 81 mln. manat ayrılacaq


“Azərenerji” ASC-yə dövlət büdcəsindən 81,4 mln. manat vəsait ayrılacaq və şirkətin nizamnamə kapitalı artırılacaq. 

Report bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsait “Azərenerji”nin Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyinə görə qalıq borcunun ödənilməsi üçün ayrılır.

Qeyd edək ki, “Wartsila” “Səngəçal” modul tipli elektrik stansiyası yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasını həyata keçirib və bununla bağlı texniki dəstək göstərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti