Rezidentura imtahanında iştirak üçün qeydiyyat uzadılıb

11-06-2018, 18:07
Oxunub: 219
Qeydiyyat iyunun 14-ü saat 23:59-dək davam edəcək


 Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün namizədlərin qeydiyyatı müddəti uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən Etatist.com-a verilən məlumata görə, qeydiyyat iyunun 14-ü saat 23:59-dək davam edəcək. 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 14 iyun saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

İyunun 11-i saat 17:30-dək olan məlumata əsasən, imtahanda iştirak etmək hüququ olan 631 namizəddən 591 nəfəri imtahanın II mərhələsində iştirakını təsdiq edib. Bildirilib ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti