Novruz Məmmədov Fransaya gedib

11-06-2018, 16:50
Oxunub: 82
Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir


Azərbaycanın Baş naziri Novruz MəmmədovBakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə Report-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti