"Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirik"

9-06-2018, 10:09
Oxunub: 159
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq


“Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirik”.

Report-un məlumatına görə, bunu Latviya yığmasının baş məşqçisi Miksu Paatelaynen bu gün Riqada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, məqsədləri qalib gəlməkdir: “Bərabər səviyyəli matçın olacağını düşünürəm”.

Latviya millisinin futbolçusu Vitali Reçitski isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivə qalib gələ biləcək potensiala sahib olduqlarını söyləyib. Vətənində "Ventspils"in formasını geyinən 32 yaşlı yarımmüdafiəçi futbol oynamağı bacardıqlarını deyib: “Özümüzə daha çox inanmalıyıq. Latviya yığmasında istedadlı oyunçuların olduğunu düşünürəm. Azərbaycan kimi favorit sayılan rəqibləri məğlub etmək üçün hər şeyimiz var. Onlar da bizim kimi insandırlar. Baş məşqçimiz deyir ki, vəziyyəti dəyişməliyik. Çünki futbol oynamağı bacarırıq”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti