"ABŞ TANAP-ın başa çatmasından məmnundur"

8-06-2018, 16:34
Oxunub: 313
"ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir"


"ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.  

V. Gil qeyd edib ki, ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Ötən həftə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində də iştirak etdim. Mərasimdə prezident İlham Əliyev çıxışında ABŞ-ın bu layihəyə verdiyi güclü siyasi dəstəyi, Beynəlxalq Maliyyə Fondalarının dəstəyinin vacib olduğunu deyib". 

 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti