Bu il ərzində 1,1 mlrd. dollarlıq kriptovalyuta oğurluğu baş verib

8-06-2018, 15:52
Oxunub: 209
Hakerlərin 10%-i “Bittcoin”, 11%-i “Ethereum”, 44%-i “Monero”nu hədəf alıb


2018-ci ilin əvvəlindən indiyədək dünyada 1,1 mlrd. dollar həcmində kriptovalyuta oğurlanıb.

APA-Economics “Anycoin” nəşrinə istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik sahəsində çalışan “Carbon Black” şirkəti məlumat yayıb.

Araşdırmalar göstərir ki, çox vaxt kiberhücumlara kriptobirjalar məruz qalıb. Belə ki, kiber hücumların 27%-i kriptobirjaları hədəf alıb. Hücumların 21%-i şirkətlərə yönəlib: "Bu zaman şirkətlərin daxili sistemləri sındırılıb və əvəzində onlardan kriptovalyuta ödənilməsi tələbi irəli sürülüb".

Hakerlərin 10%-i “Bittcoin”, 11%-i “Ethereum”, 44%-i “Monero”nu hədəf alıb. Kriptovalyuta oğurluğu daha çox ABŞ-da qeydə alınıb- 24%. Bu müddət ərzində Çində 10%, Böyük Britaniyada isə 8% kiberqarət baş tutub.  

Proqramı sındırmaq üçün zərərverici proqram təminatının hər birinin qiyməti 1,04 dollar səviyyəsindən başlayır.

Qeyd edək ki, belə oğurluqlarla çox vaxt işsiz mühəndislər, həmçinin mütəşəkkil qruplaşmalar məşğul olurlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti