Bu gün Tbilisidə aksiya keçiriləcək

8-06-2018, 11:27
Oxunub: 295
“Teya Tsulukiani məhkəmə hakimiyyətini nə qəbul edir, nə də hörmət”


Bu gün Tbilisidə Gürcüstanın ədliyyə naziri Teya Tsulukianinin istefası tələbi ilə etiraz aksiyası keçiriləcək.

Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, piket nazirin yaşadığı evin qarşısında olacaq.

“Teya Tsulukiani məhkəmə hakimiyyətini nə qəbul edir, nə də hörmət”, - aksiya təşkilatçıları bildiriblər.

Aksiya təşkilatçılarının daha bir tələbi yeni baş prokuror və ədliyyə nazirinin kim olmasının ictimaiyyətlə razılaşdırılmasıdır. 

Qeyd edək ki, iyunun 1-də Tbilisinin mərkəzindəki davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze etiraz aksiyası təşkil edib. O bildirib ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından biri olmuş sabiq prokurorun oğlu istintaqdan yayındırılıb.  

Etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti