Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb

7-06-2018, 10:47
Oxunub: 626
Əqdlərin sayı isə 62% artaraq 48 552-yə çatıb


Bu ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9,95 mlrd. manat təşkil edib.

Report BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 62% artaraq 48 552-yə çatıb.

BFB-nin dövriyyəsinin 43%-i və yaxud 4,291 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 2,5 dəfə artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 6,9 dəfə artaraq 4,932 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 9 dəfə azalaraq 67 mln. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 0,7% azalaraq 283 mln. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 33 dəfə artaraq 378 mln. manat olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti