Sinqapur XİN rəhbəri Şimali Koreyaya səfər edəcək

6-06-2018, 16:05
Oxunub: 196
Səfər Şimali Koreyanın xarici işlər naziri Li Yon Xonun dəvəti əsasında gerçəkləşəcək


Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.

Report TASS-a istinadən xəbər verir ki, məlumatı iyunun 6-da Sinqapurun Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfər Şimali Koreyanın xarici işlər naziri Li Yon Xonun dəvəti əsasında gerçəkləşəcək: “Nazir Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvləri və Ali Xalq Toplantısı (parlament- Report) Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək”.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasında görüş olacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti