ABŞ-Türkiyə danışıqları başa çatıb

4-06-2018, 20:00
Oxunub: 356
Müzakirələr bir saata yaxın davam edib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında Vaşinqtonda keçirilən görüş başa çatıb.

Report “Hürriyet”ə istinadən xəbər verir ki, bunu M.Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

Müzakirələr bir saata yaxın davam edib: “Dövlət katibi Maykl Pompeo ilə görüşdə ikitərəfli əlaqələri, Münbiçlə bağlı "Yol xəritəsi" də daxil olmaqla Suriyadakı vəziyyəti və digər regional məsələləri müzakirə etdik”.

M.Pompeo və M.Çavuşoğlu hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini də müzakirə ediblər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti