Bu il üçün proqnozlaşdırılan şərab ixracının həcmi açıqlanıb

4-06-2018, 17:10
Oxunub: 188
"Ötən il 4,5 milyon dollarlıq şərab məhsulunu ixrac etmişik"


Bu il 6 milyon dollara yaxın şərab ixracı həyata keçirilə bilər.

Bunu Report-a Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

"Ötən il 4,5 milyon dollarlıq şərab məhsulunu ixrac etmişik. Bu il 30-40 % artım gözləyirik. Hesab edirik ki, 6 milyon dollara yaxın ixrac həyata keçirə bilərik. İxracın artması bazardan da asılıdır", - deyə E.Mədətov bildirib.

O həmçinin əlavə edib ki, iyulun 4-8-də Monqolustana ixrac missiyası nəzərdə tutulub: "Bundan başqa, avqustun sonu, sentyabrın əvvəlində Çinə iki ixrac missiyası baş tutacaq. Ümumiyyətlə, il ərzində 20 ixrac missiyası olacaq".

E.Mədətov Şanxayda açılışı planlaşdırılan "Şərab Evi" ilə bağlı danışarkən bildirib ki, bununla bağlı ilkin razılaşma əldə edilib: "Şanxayda Azad Ticarət Zonasında "Şərab Evi"nin açılması nəzərdə tutulur. Texniki məsələlər həll edilsə, iyulun ortalarında açılış ola bilər". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti