Hindistanın ABŞ üçün önəmi nədir? – Henri Kissincer açıqlayır

4-06-2018, 16:00
Oxunub: 1244
"Düşünürəm ki, Hindistan milli maraqlarının dərkini davam etdirməlidir"


Henri Kissincer dünya tarixinin ən önəmli diplomatlarındandır. Hər halda gördüyü işlər, ya da həyata keçirilən işlərin altında onun da imzası olması bunu deməyə əsas verir. Mətbuata çox da çıxmayan, verdiyi açıqlamaları isə dünya gündəminə təsir etdiyi üçün Kissincerin ən önəmli müsahibələrindən birinin oxucularımız üçün maraqlı olacağını düşündüyümüz üçün Azərbaycan dilinə tərcümə elədik. Kissincerin 2012-ci ildə “The Mail Today”-ə verdiyi müsahibədən bəzi hissələri oxucularımıza təqdim edirik:

Amerikanın keçmiş dövlət katibi Henri Kissincerə görə, Hindistanın “strateji muxtariyyət” siyasəti yürütməsi ABŞ üçün daha əlverişlidir. O, açıq şəkildə bildirdi ki, Hindistan-Amerika əlaqələri hərbi deyil, hər iki tərəfin də öz təhlükəsizlik maraqlarını nəzərə aldığı, lakin ortaq tavan altında birləşməyə məcbur olmadığı siyasi və iqtisadi münasibətlər hesab edilməlidir.

Kissincer şənbə günü başa çatan Hindistan Məclisi barədə “Mail Today”ə verdiyi müsahibəsində “Düşünürəm ki, Hindistan milli maraqlarının dərkini davam etdirməlidir. Ümid edirəm ki, biz (Hindistan və ABŞ) mühüm məsələlərdə paralel siyasət yürüdə bilərik” deyib. Əgər hər iki tərəf də öz fikirlərinə əsaslanan siyasət yürüdərlərsə, belə əməkdaşlığın çox faydalı olduğunu da vurğulayıb.

Kissincer bu baxımdan Hindistanı “gerçək isti duyğularla” tərk etdiyini bildirib. O, ünsiyyətdə olduğu insanlarla özünəməxsus açıq şəkildə, lakin dostluq şəraitində və ilhamverici gələcək fikri ilə danışdığını, - dedi.

Onun paralel siyasətlər qavramının mahiyyətini və onların bir nöqtədə birləşə biləcəyini soruşduqda isə o, qeyd etdi ki, onlar artıq bir çox sahədə birləşiblər. O, öz paralellik düşüncəsini belə izah etdi ki, mən fikirləşmək istərdim ki, hər iki tərəf öz fikirlərinə münasib və ortaq nəticəyə varacaq. Bundan başqa, hər iki tərəf öz tarixi və daxili quruluşu şərtləri altında özünü ifadə edə bilməlidir.

O dedi ki, bu, milli maraqları izləmək və riayət etməklə tamamilə eyni mənaya gəlmir, Amerikan qavrayışında milli maraqlardan söz etmək tez-tez xudbin siyasət yürütməklə bərabərləşdirilir. “Lakin həqiqət budur ki, bu bəyanat hər mərhələdə olan təhlükə və fürsətləri də nəzərə almalıdır. Onların nəticələri nəzərə almadan öz fikirlərini yeritmək haqları yoxdur. Ən yaxşı hal odur ki, milli maraqlar ümumi dəyərləri əhatə etsin. Lakin əgər sən öz cəmiyyətinin gələcəyi üçün məsuliyyət daşıyırsansa, sən sadəcə qeyri-müəyyən fikirlərə güvənə bilməzsən. Belə ki, bu baxımdan sən milli maraqlardan danışa bilərsən, güc, xudbin hesablamalar mənasında deyil.

Hindistanın daxili problemlərinə görə heç vaxt dünya gücünə çevrilə bilməyəcəyini deyən İqtisadi Tədqiqatlar üzrə London məktəbi haqqında suala cavab olaraq keçmiş dövlət katibi dedi ki, o, şəxsən Hindistan barədə çox nikbin düşünür. “Mənim Hindistanda bələd olduğum idarəetmə haqqında təəssüratım bacarıqlı və diqqətli olmaqlarıdır”. O dedi ki, 1960-cı ildə gördüyü ilə müqayisədə Hindistan bugün böyük miqyasda inkişafa nail olub. Buna baxmayaraq o qeyd edib ki, Hindistanın hər yerdə böyük problem olan “kənd təsərrüfatı cəmiyyətindən sənaye cəmiyyətinə” keçid dövründə üzləşdiyi nəhəng maneəni  kiçiltmək istəmir. O, Hindistanın problemlərin öhdəsindən gələcəyinə inansa da, etiraf edir ki, “onu çətin dövrlər gözləyir”.

Çində siyasi islahatın başlanılması ehtimalı barədə şərh etməsini soruşduqda Orta Krallığa sonsuz marağı olan Kissincer hadisələrin gec olmağındansa, tez olacağı barədə israrlıdır. “Düşünürəm ki, bunun başlanğıcı hökumət dəyişikliyi iə baş verəcək (2012-ci ilin sonu 2013-cü ilin əvvəli).” O, belə təxmin etdi ki, əvvəlcə daha çox şəffaflığa və məsuliyyətə önəm veriləcək. Mənim Çin idarəetməsində etdiyim müşahidəyə görə onlar bunu necə etmək barədə hədsiz və yaradıcı şəkildə düşünürlər.” O qeyd etdi ki, müqayisəli əhali və ölçüyə malik Hindistan vəzifənin böyüklüyünü yaxşı başa düşə bilər.

Onun realist olan və ya olmayan sisteminin Amerika ilə Çin arasında qaçınılmaz münaqişəyə səbəb olacağını soruşduqda isə, Kissincer realizmin burada mexaniki şəkildə necə tətbiq olunacağını bir professor kimi açıqlayır.

O dedi ki, klassik realizm nəzəriyyəsi münaqişə olacağını iddia edir, lakin “realizm həmçinin sizə öyrədəcək ki, bu münaqişənin ən son nəticəyə apararsa, onda heç bir qalib olmayacaq və bu hər iki cəmiyyətin tükənişi ilə nəticələnəcək”.

Onun fikrincə, bu, xarici siyasətə realist yanaşmadır. "Digər yanaşma ixtilafa səbəb olur”. O dedi ki, bu həmçinin onun Amerikadakı debatlarının bir hissəsini təşkil edir və bu, onu “Biz Çinlə Sovet İttifaqı kimi rəftar etməliyik” deyənlərdən fərqləndirir. Əgər buna ehtiyac olarsa, bu, realistik siyasətin məğlubiyyəti olacaq”.

Pakistana gəldikdə isə Kissincer biraz duruxdu. Pakistanın necə öhdəsindən gələcəyik sualına cavab olaraq qeyd etdi ki, Amerikanın Pakistanla bağlı külli miqdarda xəyal qırıqlığı var. O ümid edir ki, ümumi problemlərini həll edəcək uzlaşmaya nail olmaq üçün yetərli qədər mədəni əlaqələri olan Hindistan və Pakistan bir yol tapacaqdır. O dedi ki, bu asan olmaya  və ya bu zamanda mümkün görünə bilər, “Lakin bu elə bir şeydir ki, Pakistan və Hindistan tərəfindən həll edilməlidir, burada biz hər iki tərəfə xoş niyyətlərimizi bildirməkdən başqa rol oynamayacağıq.

Tərcümə: Günay Quliyeva
Mənbə: henryakissinger.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti