Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb

4-06-2018, 10:23
Oxunub: 289
İmtahanı iyulun 8-də keçiriləcək


Bu gündən rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən Report-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 manat) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti