Norveç səfiri: "Neft sənayesi Azərbaycanda doğrudan da böyük bir yol keçib"

13-12-2012, 13:59
Oxunub: 1046


Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönberq arasında keçirilən görüşdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Əliyev "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üzrə Azərbaycanın Norveçin "Statoil" şirkəti ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, "Statoil" şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində birgə əməkdaşlığı yüksək qiymətləndirib. "Statoil" şirkətinin neft-qaz yataqlarının işlənməsi üzrə dünyada qabaqcıl şirkətlərdən biri olduğu, Azərbaycanla "Statoil" şirkətinin əməkdaşlığının müsbət nəticələr verdiyi barədə fikirlər səsləndirilib.

Nazir Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsi barədə səfirə ətraflı məlumatlar verib, gələcək layihələr barədə danışıb.

Səfir də öz növbəsində Norveçlə Azərbaycan arasında mövcud əlaqələri yüksək qiymətləndirib. Onun sözlərinə görə, "Statoil" şirkəti artıq uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərməkdədir: "Neft sənayesi Azərbaycanda doğrudan da böyük bir yol keçib. Azərbaycan öz neft ehtiyatlarından çox rasional şəkildə istifadə edir". Səfir Norveç şirkətlərinin Azərbaycanla əlaqələr qurmaqda, birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını da diqqətə çatdırıb.

Görüşün sonunda Erlinq Şönberq Norveç Krallığının neft və enerji naziri Ola Borten Moenin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevi Norveçə rəsmi səfərə dəvət etdiyini bildirib və dəvət məktubunu nazirə təqdim edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti