AAHM-də dövlət imtahanları keçirilir

2-06-2018, 15:16
Oxunub: 944
Gələcəyin zabitləri döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Bildirilib ki, gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti