İşdən çıxarıldığı iddia edilən şöbə müdiri danışdı

21-05-2013, 18:02
Oxunub: 6945


Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tutduğu vəzifədən azad olunub. Ş.Əliyev APA-ya açıqlamasında işdən öz ərizəsi ilə çıxdığını deyib.
 
Onun sözlərinə görə, bir müddət öncə nazirliyin şöbə müdirliyindən çıxarılaraq daha başqa işə keçirilməklə bağlı nazirə müraciət edib: "Bu müraciətimə əsasən, ötən gün nazirin əmri ilə işdən azad olunmuşam. Bu gündən etibarən Təhsil Nazirliyində işə getmirəm. Amma söz veriblər ki, mənə nazirlikdə nisbətən daha yüngül iş veriləcək. Yeni işə təyin olunandan sonra nazirlikdə fəaliyyətimi davam etdirəcəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti