Anadolu Universiteti niyə reklam edilir? - Diplomları tanınırmı?

31-05-2018, 13:16
Oxunub: 24077
Azərbaycan Təhsil Nazirliyi universitetin diplomunu tanımır


Bakıda fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycan proqramlarının diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı dəfələrlə tələbə şikayəti və yazıları dərc etmişik.

Etatist.com-un məlumatına görə universitetin burada fəaliyyət göstərən filialının rəhbərliyindən bildirilir ki, Təhsil Nazirliyi onların diplomunu tanıyır, lakin nazirlik də adıçəkilən universitetin diplomunun tanınmaması ilə bağlı açıqlama yayıb. (LİNK)

Minval.info xəbər verir ki, distant təhsil təklif edən universitet haqqında yüzlərlə şikayətçi tələbə var.

Bu təhsil mərkəzi Anadolu Universitetinin Bakı filialı kimi reklam edilir. Lakin iddia olunur ki, ortada filial mövcud deyil, sadəcə universitetlə tərəfdaşlıq edir.

Ən böyük problem isə bu universitetin verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır.

Belə ki, tələbə illik 2000 avro pul ödəyib, 4 il distant (online dərs almaq üsuludur) alır, amma onun diplomu tanınmır.

ATV telekanalında yayımlanan “Maşın Şou” yarışmasına sponsor olan bu nümayəndəlik Murad Dadaşov tərəfindən reklam edilir.

2013-cü ildə Bakıda olan Anadolu Universitetinin o zamankı rektoru Davut Aydın da Etatist.com-a müsahibəsində bildirib ki, universitetin diplomlarının Azərbaycanda tanınmasında problemlər var. (LİNK)

Məsələ ilə bağlı Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin mövqeyini də dərc etməyə hazırıq.

Etatist.com
Şərhlər : 1 Şərh yaz
Orxan 1 iyun 2018 16:59  

Azərbaycanda fəaliyət qəti şəkildə qəbul edilmir. Təhsil nazirliyi dəfələrlə açıqlama verib xəbərdarlıqda edib ancaq niyə dayandırılmır anlamıram. Buradan da hərkəsə demək istəəyirəm qətiyyən getməsinlər boşuna zaman itkisi olacaq.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti