Suriya İsraili vurdu

21-05-2013, 16:55
Oxunub: 4740


Suriya ordusu Qolan təpələri üzərindən Suriya hava məkanını pozan İsrail qırıcısının vurulduğunu bildirib. 

Etatist.com-un qaynar.info-ya istinadən məlumatına görə, Suriya ordusunun Baş Qərargahından verilən açıqlamada "Cəsur silahlı qüvvələrimiz işğal edilmiş torpaqlardan sərhədlərimizə soxulan və terrorçu qruplaşmaların toplaşdığı bir kəndə doğru irəliləyən İsrailə aid təyyarəni məhv ediblər" deyilib. 

İsrail rəsmiləri isə Suriyanın yaydığı bu məlumatı təkzib ediblər. Verilən açıqlamada Qolan Təpələrində bir hərbi maşının Suriya tərəfdən açılan atəş nəticəsində vurulduğunu, lakin içəridəki əsgərlərin xəsarət almadıqları bildirilib. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti