Muxtar Babayev Böyük Britaniyanın ticarət nümayəndəsini və Azərbaycandakı səfirini qəbul edib

31-05-2018, 10:40
Oxunub: 498
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.

Bu barədə Report-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti