AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

30-05-2018, 18:33
Oxunub: 305
Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq


İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti