Energetika Nazirliyi ilə Türkiyə şirkəti arasında memorandum imzalanıb

29-05-2018, 20:06
Oxunub: 343
“Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir


Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin "Tekfen İnşaat" şirkəti arasında alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

Nazirlikdən Report-a verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb. 

Memorandum ölkədə bərpa olunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.

Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş “Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyədək Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti