Bakıda 10 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

29-05-2018, 17:48
Oxunub: 355
Dəyişikliyə səbəb yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir


 Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. 

Report bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, dəyişikliyə səbəb yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. 

Dəyişikliyə əsasən, iyunun 1-dən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti