100-cü il - İlbər Ortaylı yazır...

29-05-2018, 15:00
Oxunub: 1503
"Bakı nefti üçün bizə qarşı savaşan tək ordu isə sözdə müttəfiqimiz Almaniya idi"


28 may 1918-ci ildən bəri Zaqafqaziya Federasiyasından ayrılan Azərbaycan Demokratik Cümhuriyyəti "Müsavat Partiyası"nın rəhbəri Məhəmməd Əmin Rəsulzadə cümhuriyyət başqanı kimi müstəqillik elan etmişdi. Bu cümhuriyyətin dəstəkçisi Bakıya daxil olan Qafqaz İslam Ordusudur. Millətin kimliyi türk və lisanın adı isə türkcə idi.

1917-ci ildə Rusiya Çarı taxtından endirildi. Fevral ayında baş tutan bu hadisənin ardınca Oktyabr Çevrilişi ilə Rusiya İmperatorluğunda arzulanan "çörək və sülh"ə hədəflənmiş bir dönəmin qapısı açıldı. Kütlənin istəyi asan əldə edilən deyildi. Amma Rusiyanın Şərqdəki savaşı bitmişdi, artıq tükənmişdilər. Ələlxüsus Qafqazda çar ordusunun məğlubiyyəti ilə birgə iqtidar boşluğu yarandı. 1918-ci ilin yanvarında Sovet Rusiyasının Brest-Litovksda Almaniya və Türkiyə ilə bağladığı sülh müqaviləsi ilə Qars Şərqi Bəyazıdla birgə rus hakimiyyətindən qurtularaq Türkiyə torpaqlarına qatıldı.

Almanı, daşnakı yenən ordumuz

Könüllü bir korpus olan Qafqaz İslam Ordusunda Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı altında tərxis edilmiş və ya istefa etmiş zabitlər, rütbəli şəxslər, hərbçilər var idi. Qarşımızdakı ingilislər əsasən döyüşə qatılmayan kəşfiyyatçılar idi. Rusiya ordusu pərakəndə qalmışdı. Bakı nefti üçün bizə qarşı savaşan tək ordu isə sözdə müttəfiqimiz Almaniya idi. 15 sentyabr 1918-ci ildə alman və daşnak qruplaşmalarını məğlub edən İslam ordusu Bakıya daxil oldu. Bakıda və bütün Azərbaycanda Müsavat Partiyası hakim mövqedə idi.

Cümhuriyyətin dəstəkçisi olan ordu

28 may 1918-ci ildən bəri Zaqafqaziya Federasiyasından ayrılan Azərbaycan Demokratik Respublikası "Müsavat" partiyası rəhbəri Məhəmməd Əmin Rəsulzadə rəisi-cümhur kimi müstəqillik elan etmişdi. Bu Cümhuriyyətin dəstəkçisi Bakıya daxil olan İslam Ordusudur. Hərbin sonlarından bir müddətdir, irəliləyən türklərin motivasiyası yüksək idi. Bununla yanaşı, Suriya cəbhəsindəki çatışmalar döyüşün sonunun yaxınlaşmaqda olduğunu göstərirdi. Ruh yüksəlişi isə 1918-ci ilin 31 okytabr tarixində atəşkəs elan edilməsi ilə istər-istəməz düşüşə uğradı.

Milli kimliyi türk, lisanı türk dili

Bu Cümhuriyyətin rəhbəri və "Müsavat" partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə dünyaya gəlib. 1955-ci ildə Ankarada dünyasını dəyişib və orada da dəfn edilib. Azərbaycanın bütün bu gənc dönəm ziyalıları kimi o da ədəbi baxımdan Füyuzat cərəyanına yaxın idi. İstabul türkçəsini mükəmməl yazıb, danışırdı. 1918-1920-ci ildə iki il içində idarə etdiyi Azərbaycanda ilk universitetin təməlini qoyub. Həqiqətən də o, çoxpartiyalı və demokratik bir cümhuriyyət nümunəsi təqdim edib. Əlifbanı latın qrafikasına keçirir. Millətin kimliyi türk, lisanı türkcə idi. 1905-ci il İnqilabına aktiv bir şəxs kimi qoşulmuşdu. Stalinlə dost idi. Sonradan İran İnqibalına qatılır və "İran Demokratik Partiyası"nın əsasını qoyur. Xüsusən bu dövr Rusiya və İran türklərinin beynəlmiləl bir siyasi fəaliyyət içində olduğu dönəm idi. Bir çox əsərində Qafqaz problemlərindən, türk millətçiliyindən və panturanizmdən bəhs edib.

Doğru bir yanaşma kimi panturanizm onun gözündə sadəcə türk xalqlarının mədəni və ruhi yaxınlığı idi. Stalin onu Sankt-Peterburqa məsul bir şəxs kimi göndərir, 1922-ci ildə isə o, Finlandiyaya gedir. İkiüzlü siyasəti artıq anlamışdı. 1938-ci ildə Polşada olur. Marşal Pilsudskinin əqrəbası Vanda ilə evlənir. Vanda (Leyla) xanım onunla Türkiyəyə gəlir və burda onunla yaşayır.

Müasir Türkiyə savaşının başlanğıcı

Azərbaycan bayrağı və siyasi fəaliyyəti Birinci Dünya Müharibəsinin ardınca gələcəyin modern Türkiyəsinin reallaşdıracağı siyasəti və mübarizəni başladan ölkədir. Təbii ki, şərtlər Müsavat rejiminin yaşamasına izin vermədi, amma bu siyasi xətt müasirlik və dünyəvi tərəfləri ilə yeni Türkiyəyə mühacir kimi köç etdi. Türk xalqlarının gözünün işığı cümhuriyyəti yüz il öncə qurub.

Dünya iqtisadiyyatında 5-ci güc

Bir zamanlar İspaniya bugünkü Meksikanın şimalından Kanada sərhədlərinə qədər Sakit okean sahillərinə hakim idi. Missionerlər demək olar ki, insanları dinə təşviq edən monastırlar zənciri yaratmışdı. Həcc yolunun üstündə San Fransisko, Santa Barbara, Los Anceles, San Dieqo kimi yerlər modern Kaliforniyanın əsasını qoydu. Sahil bölgələrdə iqlim iç bölgələrə görə daha rütubətsiz, daha quru və quraqlıq idi. Bugünkü yaşıllıq o zamanlar yox idi. Şəhərlər qurulduqca, insanlar yerləşdikcə yaşıllaşdırma işləri başladı.

Amerikanın şimal və mərkəzindən translyasiya xətti çəkildi. Bugünün Los Ancelesi Hollivud studiyalarını, Beverli Hills varlılarını özündə birləşdirir. Qəribə taledir ki, köşklərin hamısı hər dəfə başqasına aid olur. Elə bizim Boğaziçi kimi. Burdan aristokrat çıxmır, ancaq keçici zənginlər müşahidə olunur. Şübhəsiz ki, Amerika zənginləri də var. Bu ölkə bir qövm köçünü təqib edərək quruldu, amma Bostonun Meyflauer yolçuları, Texasın neft milyarderləri olsun, burdan keçmədi. Ümumi mənzərə budur. Los Anceles zəlzələ bölgəsi olduğu üçün şəhər mərkəzi xaric binalar ancaq ikimərtəbəlidir, ona görə də teatr kimi dekor edilib.

Kaliforniya dünya iqtisadiyatında ən öndə gedən 5-ci ölkədir, artıq 4-cü olmağa hazırlaşır. "Biz Amerikanın geri qalanından da ayrılsaq, nə gözəl olardı" deyənlər çoxalır. Ancaq görəsən, Sakit okeanın ötəsindəki əjdahalara qarşı necə duruş gətirəcəklər? Amerikanın orta təbəqəsinin özlərinəməxsus fədakarlığı və vətənpərvərliyi bu tərəfdə elə də görünmədiyi üçün necə bir müdafiə xətti yaradacaqlar? Ən qəribəsi bu qədər varlı bir ölkə Trampa səs vermir, amma səhiyyə sistemini də Obamalaşdırmaqda o qədər də istəkli deyillər. Elə isə özlərinə çox bənzətdikləri Qərbi Kanadanın Vankuver əyaləti ilə də həqiqətən bənzədikləri şübhəlidir. Amerikan federalizmi qədər gerçək bir federalizm yoxdur. Çünki Amerika müsbət və mənfi yönləri ilə heç bir yerə bənzəmir.

Nə ispan, nə alman teatrı var

"Onlarla millət və dil bir yerdədir, amma biz bunların sinteziyik" deyən sadəcə özünün inanmadığı bir həsrəti ifadə edən Los Anceles ispanca danışanlarla doludur. Amma nə tanınmış bir ispan teatrı var, nə də flamenqo barları. Bir vaxtlar bu coğrafiyaya çox gəlib-gedən almanların da yaratması gözlənilən zənginliyə rəğmən nə alman, nə də Orta Avropa tipli teatr var. Var olan nümunələrə də kim gedər, bəlli deyil. Hər kəs operaya gedə bilməməkdən şikayət edir, 800 dollar ödəniş az deyil.

Amma sanki daha ucuz olsa, operada oturmağa yer qalmayacaq. Bütün imkansızlıklara baxmayaraq iki yüz əlliyə yaxın teatrı olan İstanbulu bu yerdə gözlərimiz axtarır. Burda gəzən pul qum kimidir, bəs teatr hardadır? Musiqini çox sevirlər, bəs bu, Los Anceles xaricində başqa harda var? San Fransiskodakı operanı sevdik, Asiya muzeyini də. "İyirmi milyon əhalisi olan Los Ancelesdə bunların bərabəri hardadır?" desəniz, opera xaricində bəzi şeylərin geri qaldığı da müşahidə edilir. Bir məmləkətin dünyanın beşinci ən böyük iqtisadi gücü olmasına baxmayaraq, daha çox universitetə, opera və teatr salonlarına, şərqdəki kimi daha böyük kitabxanalara ehtiyacı olduğu açıq-aydın göz önündədir. Zəngin, iqlimi əlverişli qocaman bir ölkə mədəni partlayışı da təmsil edə bilərmi, müzakirə edilməlidir...
Tərcümə: Xuraman Məmmədova
Müəllif: İlbər Ortaylı
Mənbə: hurriyyet.com.tr
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti