Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

28-05-2018, 15:44
Oxunub: 816
Əlləri fırça tutan hər kəs düşüncələrimizə, qəlbimizə, ruhumuza o üç rəngli bayrağın rəsmini çəkməlidir!


Ötən əsrin əvvəlləri Azərbaycan tarixi üçün önəmli hadisələrlə yadda qaldı. Məhz 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu, çətin şəraitlərə, imkansızlıqlara baxmayaraq, xalqımızın milli düşüncəyə, azadlığa, dövlətçiliyə olan güclü inancının nəticəsi idi.

Cümhuriyyətin elan edilməsindən dərhal sonra xalqımızın ziyalıları mədəni, sosial, iqtisadi tədbirlər və islahatlar həyata keçirməyə başladı. Bu tədbirlər xalqın rifahının yaxşılaşdırılması, dünyagörüşünün inkişafı və gənclərdə dövlətçiliyə, onun prinsiplərinə inamı möhkəmlərdirmək, milli düşüncəni yaymağa istiqamətləndirilmişdi. Bir dövlətin inkişafında şübhəsiz ki , önəmli rollardan biri mədəni sahənin üzərinə düşür. İlk olaraq Cümhuriyyətin rəsmi qəzeti olan “İstiqlal” qəzeti dərc olunmağa başlandı. Bu dövrdə artıq 100 adda qəzet və jurnal dərc olunur, teatr tamaşaları səhnələşdirilir, yeni məktəblər açılmağa başlanır. Maarifçilik hәrәkatının rәhbәrlәrindәn biri Әli bәy Hüseynzadәyә görә xalq bu üç tәmәldә inkişaf etmәli idi: "Türklәşmәk, islamlaşmaq vә müasirlәşmәk." Bu şüarı tәmәl alaraq bütün varlığı ilә Azәrbaycan xalqına, әdәbiyyatına, mәtbuatına xidmәt edәn Hüseynzadә eyni zamanda rәssamlıqla da mәşğul olur. Onun bizә gәlib çatan әsәrlәri içindә portret vә mәnzәrә tәsvirlәri var. Portret әsәrlәrinә "Şeyxülislamın portreti", mәnzәrә janrlı әsәrlәrinә isә hazırda Azәrbaycan Dövlәt İncәsәnәt muzeyindә saxlanılan Bibi Heybәt mәscidini tәsvir etdiyi әsәri göstәrmәk olar. Ümumiyyətlə, Əli bəy Cümhuriyyət üçün əlahiddə insan olub. Həm dövlət xadimi, həm incəsənət xadimi olmaq, həm də tibblə maraqlanmaq hər kəsin bacara biləcəyi iş deyildi. O, həm də öz nümunəsində öz vətəni üçün nələr edə biləcəyimizi bizə göstərib. Əlindən gələn hər şeylə öz ölkəsinə, vətəninə sərmayə qoyub, inkişafı üçün çalışıb.

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

 Şeyxülislamın portreti

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

 Bibiheybәt mәscidi 

Hüseynzadәnin üç övladı olmuş vә onlardan yalnızca biri rәssamlıq üzrә tәhsil almışdır. Rәssam vә heykәltəraş olan Sәlim Turan abstraksionizm üslubunda işlәmiş, saysız sәrgilәrdә iştirak etmişdir.

Maarifləndirmə hərəkatının başlaması rəssamların da təbliğat xarakterli siyasi plakatlar, karikaturalar çəkməsinə səbəb olur. Akademik rəssamlıq geniş şəkildə yayılmasa da, milli ruhda, ölkəmizin problemlərinə işıq tutan rəssamlar yetişir, qəzet və jurnallar maarifçi və tənqidi ruhda karikaturaların ortaya çıxmasına səbəb oldu.
 

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

Bu dövrün məşhur karikatura ustası Əzim Əzimzadə milli karikaturanın banisi oldu. Azərbaycan rəssamlığında Satirik qrafikanın əsasını qoymuş rəssam öz əsərlərində Təbriz miniatür məktəbi və rus rəssamlıq ənənələrindən bəhrələnmiş, siyasi plakatlar, tәnqidi, satirik karikaturalar, mübarizә vә inqilabi tarixi mövzularda akvarellәri, kitab illüstrasiyaları çәkmişdir. Yaradıcılığı boyunca “Molla Nəsrəddin”, “Baraban”, “Kəlniyyət” kimi bir çox jurnallarda çalışıb. Eyni zamanda teatrda geyim eskizlәri vә illüstrasiyalar da çәkib. Əsərlərində sosial ədalətsizliyə, qadın hüquqlarının pozulmasına, savadsızlığa, insanların inanclarından istifadə olunmasına, din xadimlərinin fırıldaqçılığına, xalqın məişət həyatına, cəhalətə qarşı tənqid yolu ilə mübarizə aparmışdır.

Siyasi, inqilabi-tarixi mövzulu әsәrlәri plakat formasında hazırlamış, bu işlərdə ölkәdәki fanatizmә, imperializmә, kölәlik qalıqlarına, mәişәtdәki zorakılıqlara, savadsızlığa, yeniliyә qarşı olan insanlara, mövhumatçılığa etirazını bildirmiş, onları tәnqid etmişdir. ""Vәtәndaş savadsızlığı lәğv et!", "Mәrsiyәxana", "Yeni әlifba uğrunda", "Sәnayelәşdirmәyә doğru gedәn ölkәmizdә mövhumata yer yoxdur!" kimi plakatlar rәssamın yaşadığı dövrü çox yaxşı izah edirdi.

Cәmiyyәtdәki tәzadları, sosial bәrabәrsizliyi dә ifadә etmәkdәn çәkinmәyәn rәssamın "Varlı evindә toy","Kasıb evindә toy", "Varlı evindә ramazan", "Kasıb evindә ramazan süfrәsi" karikaturaları dönәmin hәqiqәtlәrini bariz şәkildә ifadә edirdi.

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

Varlı evində ramazan 

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

Kasıb evində ramazan süfrəsi 


"Nəsimi" əsərində insanların yenilikdәn necә qorxduğunu, bir xalqın öz ziyalısına sahib çıxmamasını, hətta onu öz əli ilə öldürərək həqiqəti boğmağa çalışdığını ifadə edirdi. O xalqın oyanmasını və həqiqətləri görməsini, daha ziyalı təbəqələrin, sağlam düşüncələrin formalaşmasını istəyirdi. Düşünәn fәrdinin dәrsini soyan savadsız xalqa etiraz edirdi.

Qadın hüquqsuzluğuna etiraz etdiyi әsәrlәri sırasında "Ata vә qız", "Köhnә ailәdә qadının taleyi", "Qız övladının dünyaya gəlməsi" karikaturalarını nümunә göstәrә bilәrik. Ziyalı rəssam qadına qarşı cəmiyyətdəki münasibəti “Molla Nəsrəddin” jurnalında da dəfələrlə ifadə edib. Qız övladının dünyaya gəlmәsi karikaturasında qızın dünyaya gәlmәsi cəmiyyətdə narazılıqla qarşılanır, hətta cәhalәt toplumlarında bədbəxtlik olaraq qəbul edilir. Məhz tənqid etdiyi də bu düşüncələr idi. Qadının yaradıcı olduğunu, qadının mövqeyinin cəmiyyətin inkişafında çox önəmli olduğunu ifadə edirdi. Məhz dövlətçiliyimizdə də cəmiyyətdə qadının önəmi vurğulanmış və şərqdə ilk dəfə qadına seçim hüququ verilmişdir. Əzimzadə karikaturalarında əsrlərcə davam edən cəhalətdən xilas olmaq, ölkәmizin inkişafı, gənclərin gələcəyi üçün maariflənmənin önəmindən bəhs edirdi. Eləcə də cəhalətin tənqidinə yer verdiyi “Xoruz döyüşdürənlər” və “İt boğuşduranlar” əsərləri də xüsusi önəm daşıyır. Ümumiyyətlə, hər zaman milli şüurun inkişafı üçün çalışan ziyalılarımız içərisində daima seçilib və sevilib. Sənətə qazandırdığı yeniliklər, Azərbaycan xalqı üçün yaşayıb yaradan bu rəssam 1943-cü ildə dünyasını dəyişsə də, xidmətləri ilə yaddaşlarda hər zaman qalacaq.

Cümhuriyyət rəssamları - Müstəqilliyin rəsmi

"Qız övladının dünyaya gəlməsi"

Bugün 100 yaşını qeyd edən Cümhuriyyətimiz 1918-ci ildə 23 ay fəaliyyət göstərsə də, maarifçilik hərəkatı və bütün ziyalıları ilə mürəkkəb şəraitdə imkansızlıqlar içində şərəfli bir yol açdı, M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri ilə gəncliyin beyninə qazındı, hər keçən nəsil bu idealı yaşatdı və xalqın şüurundakı milli istiqlal ideyası bugünkü müasir Azərbaycanı yaratdı. Müasir Azərbaycan rəssamlığında da o mübariz hiss, milli düşüncə öz varlığını qoruyub saxlamaqdadır. Əlləri fırça tutan hər kəs düşüncələrimizə, qəlbimizə, ruhumuza o üç rəngli bayrağın rəsmini çəkməlidir! Çünki bir kərə öz müstəqilliyi üçün mübarizə aparan xalq onu həmişə qoruyacaq. Müstəqillik də həqiqət günəşimiz kimi daim parlayacaq!

 
Amalya Mustafazadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti