Samir Şərifov Fransanın xarici işlər naziri ilə görüşüb

27-05-2018, 18:42
Oxunub: 288
Sahələrdə geniş perspektivlər olduğunu qeyd edib


Azərbaycanın maliyyə naziri Samir Şərifov mayın 27-də Fransaın Avropa və xaric işlər naziri Jan-İvLö Drian ilə görüşüb.

Report xəbər verir ki, prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, qazanılan sosial-iqtisadi uğurlar barədə qonağı məlumatlandıran Samir Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini bildirib.

Öz növbəsində Jan İv Lö Drian Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayaraq xüsusiylə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.

Görüşdə cari ildə prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti