Cənubi Koreya prezidenti KXDR-lə ABŞ arasında birbaşa dialoq çağırışı ilə çıxış edib

27-05-2018, 10:11
Oxunub: 321
Bu, Cənubi Koreya və KXDR liderləri arasında artıq sayca ikinci görüşdür


Cənubi Koreya prezidenti Mun Çje İn Sinqapurda keçiriləcək sammit ərəfəsində KXDR lideri Kim Çen Ina iki ölkə arasında istənilən fikir ayrılığını aradan qaldırmaq üçün KXDR və ABŞ arasında birbaşa dialoqun zəruriliyini deyib.

"Həm sədr Kim (Çen In), həm də prezident (Donald) Tramp KXDR-ABŞ zirvə görüşünün uğurla keçirilməsinə səmimiyyətlə ümid edirlər. Mən istənilən fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflər arasında birbaşa dialoqun zəruriliyini, həmçinin sammit zamanı onların qaldıra biləcəkləri aktual məsələlər üzrə kifayət qədər məsləhətləşmələrin aparılması zəruriliyini vurğuladım", - deyə bazar günü Mun Çje İn Kim Çen Inla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Şimali və Cənubi Koreya respublikalarının liderləri arasında danışıq Phanmundjo danışıq məntəqəsində, demilitarizasiya edilmiş zonada keçirilib. Bu, Cənubi Koreya və KXDR liderləri arasında artıq sayca ikinci görüşdür. Birinci görüş aprel ayında keçirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti