Ölkəyə qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb

26-05-2018, 14:59
Oxunub: 302
Faktla bağlı araşdırma aparılır


 Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd" Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti