"Total" "Şimal axını-2" layihəsində iştirakdan imtina edib

26-05-2018, 14:49
Oxunub: 251
Fransa tərəfi layihədə iştirak etməyəcəyini bildirib


Fransanın "Total" şirkəti Rusiya tərəfindən icra olunan "Şimal axını-2" qaz kəməri layihəsində iştirak təklifindən imtina edib.

Report-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, şirkətin baş icraçı direktoru Patrik Puyannenin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bu məsələ qaldırılıb və Fransa tərəfi layihədə iştirak etməyəcəyini bildirib.

Məlumata görə, görüşdə "Total" rəhbəri Vladimir Putindən gələcəkdə Rusiyanın "NOVATEK" şirkəti ilə yaradılacaq birgə müəssisə vasitəsilə Avropaya qaz ixracına icazə verməyi xahiş edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti